Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.
AzEdu.az-ın məlumatına görə, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
13:21
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.
AzEdu.az xəbər verir ki, o, 102 yaşında dünyasını dəyişib.
Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda - 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü şəkildə cəbhəyə yollanıb və döyüşlərdə iştirak edib.
İkinci Dünya müharibəsi veteranının 4 övlad, 11 nəvə, 25 nəticəsi var.
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif olunub və Prezident təqaüdçüsü idi.