Azedu.az

Kolleclərdə monitorinqlər keçirilib

Kolleclər

21 Oktyabr 2024, 14:29
Kolleclərdə monitorinqlər keçirilib

Kolleclərdə monitorinqlər keçirilib.

AzEdu.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsil müəssisələrində keçirilən monitorinqlər çərçivəsində Agentliyin Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə oktyabrın 18-də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və Ağdaş Dövlət Humanitar Kollecində olub.

Monitorinq zamanı müəllim və tələbə heyəti ilə görüş keçirilib və kolleclərin fəaliyyəti barədə müzakirələr aparılıb. Eyni zamanda tələbə və müəllimlərin problemləri, şikayət və təklifləri dinlənilib, ayrı-ayrı qruplar üzrə tələbələrin dərslərə hazırlıq səviyyəsi yoxlanılıb.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox