Azedu.az

Zəfərlə Qarabağa qayıdan təhsil: son 5 ildə nələr dəyişdi?

Xəbərlər

8 Noyabr 2025, 12:45
Zəfərlə Qarabağa qayıdan təhsil: son 5 ildə nələr dəyişdi?

44 günlük müharibədən sonra Azərbaycan təhsilində mühüm dönüş, həm azad edilmiş torpaqlarda, həm ölkə ümumiyyətində yeni bir səhifə açıldı. 2020-ci ilin payızında başlayan bu qanlı mübarizə nəticəsində yalnız torpaqlarımız azad edilmədi, həm də gələcək nəsillərə daha keyfiyyətli təhsil təmin etmək üçün zəruri addımlar atıldı. Hazırda yenilənən təhsil strategiyası yalnız məktəb binalarının tikintisi ilə məhdudlaşmır: rəqəmsallaşma, ali təhsildə regional imkanların genişləndirilməsi, peşə təhsilinin əmək bazarı ilə inteqrasiyası da bu prosesin tərkib hissəsinə çevrilib.

AzEdu.az xatırladır ki, azad edilmiş ərazilərdə məktəblər və bağçalar sürətlə bərpa edilir və yeni binalar istifadəyə verilir. Dövlətin “Böyük Qayıdış” proqramı çərçivəsində regionlara əsaslı investisiyalar yönəldilir. 

Qarabağ Universitetinin təsisi

Açıklama yok.

2022-2023 illərdə verilən qərarlar nəticəsində Qarabağ Universitetinin yaradılması və fəaliyyətə başlaması prioritet məsələyə çevrildi. Prezidentin sərəncamı və nazirliyin qərarları əsasında Qarabağ Universiteti rəsmi şəkildə yaradılıb və 2024-cü ildən tədris fəaliyyətinə başlayıb. Universitetin əsas məqsədi region üçün kadr hazırlığı, təhsil ənənələrinin yaşadılması və azad edilən ərazilərə ixtisaslı mütəxəssislərin cəlb edilməsidir. 

Bu universitetin yaradılması yalnız simvolik əhəmiyyət daşımır. Regionda iqtisadi və sosial bərpanın təməl daşlarından birinə çevrilməsi, yerli tələbələrin yüksək ixtisas alması və regionda stabil peşə-mühəndis, pedaqoq və idarəçilik kadrlarının yetişdirilməsi nəzərdə tutulur.

2025-ci ilin sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı olub. 

Qarabağ Universitetinin Klinikasının açılışı olub - FOTOLAR

Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.

Ötən aylarda Qarabağ Universitetinin Biznes və İqtisadiyyat korpusunun inşası ilə bağlı Elm və Təhsil Nazirliyi və Əsaslı Tikinti və Təchizat İdarəsi arasında layihə-smeta sənədlərinin hazırlanması işləri yekunlaşdırılıb.

Açıklama yok.

Hazırda universitetin əsas tədris binasının yanında yeni tədris korpusunun tikintisi davam edir. Mövcud məlumatlara əsasən, bu binanın məhz Biznes və İqtisadiyyat korpusu kimi fəaliyyət göstərəcəyi ehtimal olunur.

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Qarabağ Universitetinin Şuşada yeni kampusu açılacaq, həmçinin Xocalıda Kənd Təsərrüfatı fakültəsi yaradılacaq.

Yeni fəaliyyətə başlayan məktəblər

Hazırda Qarabağda 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Prezidenti 2021-ci ildə Sərəncam imzalayıb.

Zəngilan rayon Ağalı kənd tam orta məktəbi Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayan ilk məktəbdir.

Prezident və xanımı Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşüb - YENİLƏNİB  - FOTO

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə 960 şagird yerlik Şuşa şəhər 1 nömrəli, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli, 624 şagird yerlik Xankəndi şəhər 4 nömrəli, 132 şagird yerlik Laçın rayonu Sus kənd məktəbi, 960 şagird yerlik Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbi, 460 şagird yerlik Xocalı rayonu Ballıca kənd məktəbi olmaqla ümumilikdə 6 məktəb istifadəyə verilib və fəaliyyətə başlayıb. Əvvəlki illərdə isə 960 şagird yerlik Füzuli şəhər 1 nömrəli, 510 şagird yerlik Laçın şəhər 2 nömrəli və 176 şagird yerlik Laçın rayonu Zabux kənd, 144 şagird yerlik Ağdərə rayonu Talış kənd və 360 şagird yerlik Zəngilan rayonu Ağalı kənd tam orta məktəbləri istifadəyə verilib. 

Qeyd edək ki, 2025-2026-cı tədris ilində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Məktəbəqədər təhsil müəssiələrinə xüsusi diqqət davam edir

50 yerlik Laçın rayonu Sus kənd körpələr evi-uşaq bağçası, 40 yerlik Xocalı rayonu 1 nömrəli körpələr evi-uşaq bağçası, 80 yerlik Xankəndi şəhər körpələr evi-uşaq bağçası olmaqla 3 məktəbəqədər təhsil müəssisəsi də istifadəyə verilib.

Daha 3 məktəbin və 2 uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulur. 2 məktəbin və 3 uşaq bağçasının tikintisi isə davam edir.

Həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə Kəlbəcər, Laçın, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda ümumilikdə 8 peşə təhsili müəssisəsinin açılması nəzərdə tutulub.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox