Azedu.az

Bağçalara uşaqların elektron qəbulu prosesi uğurla davam edir 

Məktəbəqədər təhsil

12 Avqust 2025, 12:27
Bağçalara uşaqların elektron qəbulu prosesi uğurla davam edir 

2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-də start verilib. İndiyədək ölkə üzrə 32 min 371 nəfərin sorğusu təsdiqlənib, 4104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir.

MÜTDA-dan AzEdu.az-a bildirilib ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 1669 məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.

Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ
Son xəbərlərDaha çox