Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 10:26:01
“Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşasının premyerası olacaq

Martın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşasının premyerası olacaq.

AzEDU APA-a istinadən xəbər verir ki, Mikayıl Müşfiqin məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək.

Teatrın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva rol alır. Müəllif materialındakı Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı ilə yanaşı, beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında tamaşaçı qarşısına çıxacaq. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb.

Kukla tamaşasının bəstəkarı əməkdar artist Elza Seyidcahandır.