Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 08:38:06
“Qavaldaş” uşaq və gənclərin Respublika müsabiqəsinin yarımfinal mərhələsi keçirilib

AzEDU Təhsil Nazirliyinə əsasən məlumat verir ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir.

Festival-müsabiqənin iştirakçıları yarımfinal mərhələsində münsiflər heyətinin qiymətləndirilməsindən keçib, daha sonra İçərişəhərdə Qoşa Qala qapısı meydanında təşkil olunmuş “Bahar Qalası” şənliyində çıxış ediblər.

Bu mərhələdə Quba, Qəbələ, İsmayıllı, Şəki, Salyan, Masallı rayonlarını və Bakı şəhərini təmsil edən nağaraçalanlar qrupları cıxış ediblər. Üç yaş qrupunda 100 nəfərədək uşaq və gənclər solo və  kollektiv ifaları ilə tamaşaçılara milli zərb alətlərinin əsrarəngiz ritmlərini ustalıqla nümayiş etdiriblər.

Yarımfinal mərhələnin münsiflər heyətində tanınmış nağara müəllimləri - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Təhmasib Məmmədov,  Azərbaycan Dövlət Rəqs Ansamblından Ceyhun Babayev, Bakı Xoreoqrafiya Akademiyasından Azər Məlikov və Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbindən Cəfər Həsənov təmsil olunub.

“Qavaldaş” Respublika festival-müsabiqəsinin final mərhələsi iyunun 20-dən 25-dək  keçiriləcək.

29664110_2048274478781849_471637281_n.jpg

29852639_2048274468781850_483548709_n.jpg

29666611_2048274465448517_1037387548_n.jpg

29665862_2048274472115183_638238849_n.jpg