Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 07:44:08
Almaniyada immiqrant şagirdlər “çox zəif” nəticə göstərirlər - Aralarında azərbaycanlılar varmı?

Şagirdlərin müvəffəqiyyətini ölçən PISA-nın tədqiqatına əsasən, Almaniyada hər iki immiqrant məktəblidən birinin ümumi ortalama göstəricisi “çox zəif”dir.

AzEDU xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Tələbə Qiymətləndirilməsi Proqramı (PISA) Almaniyada 15 yaşlı immiqrant məktəblilər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Araşdırmadan aydın olur ki, immiqrant şagirdlərin 43 faizi məktəbdə olduqca zəif nəticə göstərirlər.

Buna baxmayaraq, Almaniyadakı immiqrant tələbələrin göstəricisi Avstriya, İsveçrə, Belçika, Danimarka, Finlandiya, Lüksemburq, Sloveniya və İsveçdə təhsil alan immiqrantların ümumi ortalama göstəricisindən yüksəkdir. Sadalanan ölkələrdə zəif nəticə göstərən yerli şagirdlərin sayı isə immiqrantlardan iki dəfə çoxdur.

Hesabatda, həmçinin, qeyd edilib ki, Almaniyada təhsil alan immiqrantlar məktəblə bağlı öz qorxularını və narahatlıqlarını tez-tez dilə gətirirlər. Onlar özlərini qrupdan kənar hiss edir və qeyri-immiqrantlardan fərqli olaraq həyatlarından razı deyillər.