Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-27 07:44:17
Gecə küçələrdən uşaqları toplayır, gündüz onlara dərs keçir - Nümunəvi direktor

Şanlıurfanın Haliliyə bölgəsindəki Ulubatlı Hasan orta məktəbinin direktoru Sedat Kayaokay küçələrdə gəzən, məktəbə getməyən, maddi durumu yaxşı olmayan uşaqlar üçün hər kəsə nümunə olacaq addım atıb.

AzEDU Türkiyə mətbuatına istinadən məlumat verir ki, əvvəllər riyaziyyat müəllimi kimi çalışan Sedat Kayaokay məktəb direktoru olduqdan sonra uşaqların bəzilərinin təhsildən kənar qaldığını daha çox hiss edib.

O deyib ki, gecə küçələri gəzir, kasıb uşaqların evlərini ziyarət edir, internet klublara baş çəkir: “Orta məktəb yaşında olan uşaqlarla danışıram. Onların çoxu maddi vəziyyətlərinin yaxşı olmadığını bildirir. Kömək məqsədilə məktəbin anbarını təmizləyib taekvando təhsilli dostum Cuma Yakışıkın dəstəyi ilə uşaqlar üçün xüsusi sosial birlik yaratmağa qərar verdim. Ətrafımdakı insanlardan bunu “ boş bir iş” adlandıranlar da az olmadı”.

Əsassız fikirlərə qulaq asmayan məktəb direktoru artıq il yarımdır ki, məktəb anbarını idman zalına çevirib uşaqlara təhsil verir. Burada həftə içi məktəb şagirdləri, həftə sonları isə küçələrdəki imkansız uşaqlar taekvandonu öyrənirlər. Müxtəlif yarışmalarda yer tutan imkansız uşaqlar da olur.

Müəllim bildirib ki, əsas məqsədi uşaqları pis vərdişlərdən, lazımsız məşğuliyyətlərdən uzaq tutmaqdır. O, qonşu məktəblərdən gətirdiyi istifadə olunmayan, xırda projektorlar vasitəsilə şagirdlər üçün kino günləri də təşkil edir. Əvvəllər heç vaxt kinoya getməyən imkansız şagirdlər burada həftənin bir günü film izləyə bilərlər. Direktor həm də burada nizam-intizamın yerində olduğunu qeyd edib.

Lamiyə Süleymanlı

29745753_2051811205062534_156958154_n.jpg

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları