Azedu.az

Musiqi rəhbərləri üçün işə qəbul üzrə əlavə müraciət imkanı

17 Dekabr 2024, 14:50
Musiqi rəhbərləri üçün işə qəbul üzrə əlavə müraciət imkanı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müraciətə start verilir.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, 11 oktyabr-5 noyabr 2024-cü il tarixlərində keçirilmiş musiqi rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsində iştirak etmiş, müsahibədə 2 və daha çox bal toplayaraq yeni vakant yerlər üçün ehtiyat kadr siyahısına daxil edilmiş namizədlər müraciət edə bilərlər.

Müvafiq meyarlara cavab verən namizədlərin işə qəbul üzrə müraciətdə iştirakına dair  məlumat onların əlaqə telefonlarına SMS vasitəsilə göndəriləcək.

Müvafiq namizədlər 17-23 dekabr tarixləri ərzində müraciət edə bilərlər. 

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox