Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 07:09:19
Dahilərin elm və təhsillə bağlı söylədiyi müdrik fikirlər

 

Elm və təhsil bəşəriyyətin  inkişafına xidmət edən ən vacib faktorlardan biridir. Antik dövrdən ta bu yana, tarixin əsas inkişaf modelini elm və təhsil yaradıb. Bu səbəbdən də, dahilər elm və təhsilin inkişafı, təbliği üçün öz tövsiyələrini əsirgəməyiblər.

AzEDU.az dahilərin elm və təhsillə bağlı dediyi müdrik kəlamları təqdim edir:

Viktor Hüqo: “Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir”;

Onere de Balzak: “Müəllim bank xəzinədarına oxşayır: onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil”;

Rabiə Abdul əl-Rəhman (ilk sufi qadın): “Müəllimlərin qayğısı altında olan camaat, atasının qucağındakı uşaq kimidir”;

Rabindranat Taqor: ” Bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşmalıdır”;

Albert Eynşteyn:Elm bizim hissi təcrübəmizin xaotik müxtəlifliyinin hansı isə vahid təfəkkür sisteminə uyğunlaşdırılmasıdır”;

Leonardo da Vinçi:Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o, udduğunu mənimsəmək iqtidarında olmur”;

 Uaythed: “Riyaziyyat insan ruhunun divanəliyidir”  

Adolf Disterveq: "“Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir”;

 Aristotel: “Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib”;

M.K.Atatürk: “Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər”;

Adolf Disterveq: “Müəllimlərdən işgəncə görməyən həyatda zülm çəkər”;

A.Karrel: “Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır”;

Jül Vern: Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq”;

Cəlaləddin Əfqani:Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür”;

Volter:Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər”.

Hazırladı: Elmin Nuri