Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-24 10:25:39
Dünya əhalisinin 40%-i ana dilində təhsil ala bilmir

YUNESKO-nun hesabatına görə dünyada çoxsaylı şagird öz ana dildə təhsil almaq imkanından məhrumdur. Bu, onların təhsil həyatındakı uğurlarına birbaşa mənfi təsir göstərir.

AzEDU.az xəbər verir ki, UNESCO-nun cümə günü nəşr olunan "If, you dont understand, how can you learn"? (Başa Düşməsəniz necə öyrənəbilərsiniz?) başlıqlı hesabatına görə, dünya əhalisinin təxminən 40%-i ana dilində təhsil ala bilmir.

Təşkilat, bunun qarşısını almaq üçün hər kəsin ana dilində altı illik təhsil almasının çox vacib olduğunu qeyd edib.

Hesabatda Nepal, Pakistan, Banqladeş, Qvatemala kimi bir neçə dildə danışan ölkələrlə bərabər, Türkiyə kimi yalnız bir dildə təhsil verən ölkələrin də adı çəkilib. YUNESKO Türkiyənin timsalında ana dildə təhsil məhdudiyyətinin nəticələrinə diqqət çəkib. Onların əsas hissəsini isə ana dili türkcə olmayan yoxsul uşaqların təşkil etdiyi bildirilib.

Bununla yanaşı, Efiopiyada iki dildə təhsil alan şagirdlərin dərslərdə daha müvəffəqiyyətli olduqları məlum olub.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları