Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.
Kəlbəcər Şəhər Təhsil Kompleksində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılması həmçinin STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlərin təşkil edilməsi nəzərdə tutulub.
Bəs, görəsən, yeni yaradılan Təhsil Kompleksi təhsilin inkişafında nə kimi rol oynacaq?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov un sözlərinə görə, bu gün işğaldan azad edilmiş bütün ərazilərdə məktəb kompleksləri tikilib inşa olunur:
“Bir neçə gün bundan əvvəl Cəbrayıldaydım. Burada 960 nəfərlik möhtəşəm bir məktəb tikilir. Artıq bir neçə gündən sonra istifadəyə veriləcək. Şuşada da çox gözəl bir məktəb tikilib. Bu il şagirdləri qəbul edəcək. Ağdamda da həmçinin bu cür işlər görülməkdədir. Zəngilanda, Ağalıda, Laçında da məktəblər tikilib inşa edilir. Eyni zamanda Kəlcəbərdə məktəblərin yaradılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu məktəblər ən ideal, müasir tələblərə cavab verən formada inşa olunur. Həmçinin gənclərin, şagirdlərin yüksək səviyyədə təhsil almaqları üçün hər cür şərait yaradılır.
Gördüyümüz kimi Kəlbəcərdə bu tamamilə fərqli yanaşmadır. Düşünürəm ki, cənab Prezidentin rəhbərliyi ilə ortaya qoyulan bir layihə kimi brend olacaq. Onun nümunəsi bu gün demək olar ki, dünyanın əksər ölkələrində həm məktəb, həm emalatxana, həm də ki, bağça yoxdur”.
C.Məmmədov qeyd edib ki, Kəlbəcər Təhsil Kompleksi, eləcə də işğaldan azad edilmiş ərazilərdəki tikilən məktəblərdə öz unikallığı, nümunəviliyi ilə birmənalı olaraq brendə çevriləcək:
“Cənab Prezidentin səfəri zamanı bir daha gördük ki, bu gün Kəlbəcər xüsusi bir konseptlə yenidən qurulur. Ümumiyyətlə gözləyirəm ki, yaxın vaxtda Kəlbəcər bölgənin ən unikal və cəzbedici şəhərlərindən birinə çevriləcək.Burada müasir evlər tikilir və eyni zamanda su emalı üçün “İstisu” istehsalına başlayıb. Bütün bunlar dövlət başçısının Kəlbəcərə digər rayonlar kimi xüsusi həssaslıqla və diqqətlə yanaşdığını göstərir.
Əminəm ki, Kəlbəcər Təhsil Kompleksi unikal nümunəyə, brendə çevriləcək. Dünyanın çox ölkəsində olmuşam və çox az ölkədə belə məktəb və universitetlər var. Azərbaycanda isə bu ən ideal formada öz əksini tapır. Necə ki, Qarabağ Universiteti bir brendə çevrilir, hesab edirəm ki, Kəlbəcər Təhsil Kompleksi, eləcə də işğaldan azad edilmiş ərazilərdəki tikilən məktəblərdə öz unikallığı, nümunəviliyi ilə birmənalı olaraq brendə çevriləcək”,- deyə deputat fikrini yekunlaşdırıb”.
kitabı