Azedu.az

Sumqayıtda gənc məktəbin qarşısında bıçaqlanıb

3 Avqust 2024, 08:56
Sumqayıtda gənc məktəbin qarşısında bıçaqlanıb

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində, 1 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.

 

Belə ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov tanışı Kamran adlı şəxslə (soyadı dəqiqləşdirilir) mübahisə edib.

 

Mübahisə nəticəsində tanışı Pərviz Bağırova 4 bıçaq zərbəsi endirib.

 

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

 

Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov avqustun 2-si axşam saat 23:25 radələrində mərkəzin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.

 

Döş qəfəsinin səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox