Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-14 13:22:43
ADPU-nun “Brend tələbələri mükafatlandırıldı - FOTO 

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova, Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və şöbənin mütəxəssisi İsmayıl Nəsirov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi professor Fikrət Rzayev açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

 

Daha sonra Tünzalə Abbasova tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 


Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Çiçək Sultanlı Riyaziyyat fakültəsinin III kurs tələbəsi;

 

Elmira Babayeva SABAH mərkəzinin III kurs tələbəsi;

 

Rafiq Süleymanlı Tarix və Coğrafiya fakültəsinin III kurs tələbəsi;

 

Günay Tairli Tarix və Coğrafiya fakültəsinin IV kurs tələbəsi;

 

Əhmədağa Babaşov Filologiya fakültəsinin IV kurs tələbəsi;

 

Banuçiçək Nəcəfzadə  Filologiya fakültəsinin III kurs tələbəsi;

 

Əntiqə Səlimzadə İncəsənət və fiziki tərbiyə fakültəsinin III kurs tələbəsi;

 

Lamiyə Əlicanova Məktəbəqədər təhsil fakültəsinin III kurs tələbəsi;

 

Qəmər Eyvazova Filologiya fakültəsinin III kurs tələbəsi;

 

Şahin Məmmədli Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi;