Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 13:08:18
Bazar günü imtahan verəcək I və IV qrupların abituriyentləri - Maraqlı STATİSTİKA

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək.

Artıq abituriyentlər "buraxılış vərəqəsi"ni çap ediblər və kimin harada imtahan verəcəyi bəllidir.

Bəs I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının I cəhdi üçün neçə nəfər qeydiyyatdan keçib?

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının I cəhdi üçün qeydiyyatdan keçənlərin sayı aşağıdakı kimidir:

I ixtisas qrupu üzrə - 27247 nəfər Azərbaycan bölməsi; 2903 nəfər rus bölməsi - cəmi 30150 abituriyent.


I qrupda qeydiyyatdan keçənlərdən Azərbaycan bölməsi üzrə 14005 nəfər, rus bölməsi üzrə 1110 nəfər yalnız RK altqrupunu seçib.


Azərbaycan bölməsi üzrə 2684 nəfər, rus bölməsi üzrə isə 534 nəfər yalnız Rİ altqrupunu seçib.


Azərbaycan bölməsi üzrə 10558 nəfər, rus bölməsi üzrə 1259 nəfər isə RK və Rİ altqrupları üzrə qeydiyyatdan keçib.

IV ixtisas qrupu üzrə - 5025 nəfər Azərbaycan bölməsi; 904 nəfər rus bölməsi – cəmi 5929 abituriyent.