Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-22 14:24:20
Bağçalara sənəd qəbulu dayandırılır
Mayın 24-dən “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”nə (bq.edu.az) giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
 
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinə 2024-cü ilin iyul ayından başlanılması planlaşdırılır.
 
Qeyd edək ki, bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.