Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-20 13:58:00
AzTU-da tələbələri üçün növbəti ustad dərs...

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış 'məkdaşlıq haqqında memorandumda nəzərdə tutulmuş tədbirlər çərçivəsində universitetin tələbələri üçün növbəti ustad dərsi keçirilib.

 

AzEdu.az xəbər verir ki,xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Murad Balayev və Əli Babayev tələbələrə “İnformasiya ekosistemində kibertəhlükəsizlik əməliyyatları və alətləri” mövzusunda nəzəri və "Kiberinsidentlərin monitorinqi, təhlili və cavablandırılması" mövzusunda praktiki təlim keçiblər.

 

Məruzəçilər təhlükəsizlik əməliyyatları mərkəzləri, onların strukturu, modeli və fəaliyyəti istiqamətində, həmçinin kibermüdafiə məqsədilə istifadə olunan məhsullar barədə məlumat verib, daha sonra bir neçə hücum vektorlarını ehtiva edən real nümunələr üzərindən baş vermiş insidentlərin düzgün təhlili və cavablandırılması qaydalarını əks etdirən praktiki laboratoriya işləri nümayiş etdiriblər.

 

Sonda tələbələrin sualları cavablandırılıb və onlara tövsiyələr verilib.