![](https://azedu.az/uploads/news/2024/05/azedu.az_WhatsApp_Image_2024-05-15_at_15.34.59_742.jpeg)
Mayın 14-də Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və “Lenovo Global Technology Azerbaijan” MMC-nin tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qonaqları salamlayıb və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib.
Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib.
Finalçılar ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra 7 komanda və tələbə müsabiqənin final mərhələsində iştirakına görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tərəfindən təltif ediliblər. Tələbələr Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Məmmədova, Bakı Mühəndislik Universitetinin tələbələri Murad İbrahimov və Ayxan Ələkbərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Kamran Murtuzov, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Aysel Məmmədova, Bakı Ali Neft Məktəbinin tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva, Nübar Həsənquliyeva, Rəvan Xıdırov, Tamerlan Ağayev, Əkbər Bünyadzadə, Leyla Quliyeva, İranə Hüseynzadə və Çingiz Məmmədovdur.
Tədbir 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin xor və rəqs nömrəsi ilə davam edib.
Daha sonra 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri açıqlanıb, onlara mükafatlar təqdim olunub.
Tədbirin yekununda müsabiqənin həlledici mərhələsində böyük rolu olan münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıbar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)