Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-04 17:11:00
13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb

 

13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb.

 

AzEdu.az xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında qalıb.

 

A.Babayeva Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və köməyə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində yeniyetmənin barmaqları ət çəkən maşından çıxarılıb.