Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-18 09:53:42
ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbəsi Nicat Kərimli karate üzrə dünya çempionu olub.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, N.Kərimli Bolqarıstanın Albena şəhərində Şotokan Karate-do (WSF) üzrə gənclər arasında keçirilən 14-cü dünya çempionatında 75 kiloqram çəki dərəcəsində hər iki kateqoriyada mübarizə apararaq dünya çempionu olub.