Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-12 13:27:00
Qırğızıstanda uşağın beynindən saç çıxarıldı 

Qırğızıstanda xəstəxanalardan birində qəribə hadisə baş verib.

 

AzEdu.az xəbər verir ki, paytaxt Bişkekdəki xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynində kütlə aşkarlanıb.

 

Müayinələrdən sonra əməliyyata aparılan qızın beynindən bir tutam saçın çıxarıldığı bildirilib.

 

Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada əməliyyatın uğurlu keçdiyi və qızın beynindəki saçların 8 il ərzində içəriyə doğru uzandığı bildirilib.

 

Açıqlamada bu xəstəliyin uşaqlıq yolundakı inkişaf pozuntusundan qaynaqlana biləcəyi bildirilib.

 

News24.az