Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-28 09:01:20
“Tarixdə bu gün” - 28 fevral...  

Tarixin müəyyən dönəmlərində eyni gündə baş vermiş bir sıra əhəmiyyətli hadisələr olub.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlandırır. 

 

28 fevral tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

Azərbaycanda riyaziyyat elminin banilərindən biri, akademik İbrahim İbrahimov 1912-ci ilin 28 fevralında anadan olub:

 

Onun tədqiqatları riyaziyyatın funksional nəzəriyyəsilə bağlıdır. Görkəmli alimin bir çox elmi əsəri dünyanın müxtəlif ölkələrində çap olunub. Ali məktəblər üçün yazdığı “Ədədlər nəzəriyyəsi”, “Sıralar nəzəriyyəsinin əsasları”, “Riyazi analiz kursu” dərslikləri İbrahim İbrahimovun Azərbaycan elmi, pedoqoji kollektivinə qiymətli töfhələrdir.

 

 1940-cı ilin 28 fevralında dünyada ilk dəfə televiziyadan birbaşa yayım oldu:

 

Fordham ilə Pittsburq universitetləri komandalarının “Medison Square Garden”də oynadığı matç televiziyadan yayımlanan ilk basketbol qarşılaşması kimi tarixə düşdü.

 

1945-ci ilin 28 fevralında Türkiyə Birləşmiş Millətlər Təşkilatının bəyannaməsini imzaladı:

 

Türkiyə Müvəqqəti İşlər vəkili Orxan Erol tərəfindən Amerikada imzalanan bəyannamədən 8 ay sonra Birləşmiş Millətlər Təşkilatı rəsmən quruldu. Yəni Türkiyə BMT-nin qurucu üzvlərindən biri oldu.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatını yaratmaq fikri ilk dəfə II Dünya Müharibəsinin axırında qalib ölkələr tərəfindən dövlətlərarası münaqişələri aradan qaldırmaq, gələcəkdə meydana gələ və təhlükəsizlikləri təhdid edə biləcək yeni savaşların qarşısını almaq məqsədilə ortaya atılmışdı.

 

1986-cı il fevralın 28-də Avropa İttifaqının yaradılması haqqında akt imzalandı:

 

Sənədə əsasən, 1987-ci il iyunun 1-də Avropa ölkələrinin bəzi kommunikasiya sahələri və idarələri birləşdirildi. 1993-cü il yanvarın 1-dən isə vahid daxili bazar yaradıldı, ittifaqa daxil olan dövlətlərin vətəndaşlarının həmin ölkələrdə tam azad hərəkəti təmin edildi.

 

28 fevral 2020-ci ildə Azərbaycanda ilk dəfə COVID-19 qeydə alınıb:

 

Rusiya vətəndaşı olan xəstə İrandan gələrkən ilk virus onda müəyyən edildi. Daha sonra ölkədə iki hadisə təsdiqləndi və hamısı təcrid edildi. Onlar İrandan qayıdan Azərbaycan vətəndaşları idilər. Həmin gün Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı.