Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 16:32:18
AzTU əməkdaşları Türkiyədə TİKA-nın təlimlərində iştirak ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) Təcrübə qrupunun rəhbəri Tuti Abdullayeva və HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzinin “3D texnologiya və elektronika” laboratoriyasının laborantı Mirsahib Ağazadə Türkiyədə Türk Əməkbaşlıq və Koordinasiya Agentliyinin (TİKA) “Robotik kodlama” və “Dron istehsalı” təlimlərində iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, CezeriFest çərçivəsində təşkil olunan təlimlər Ankara və İstanbul şəhrlərində keçirilib.

 

“DENEYAP” və “SAPMAZ” şirkətlərində keçirilən təlimlərdə fəal iştirak edən AzTU əməkdaşları mikrokontrollerlərin kodlanması və dronların tam yığılmasını öyrənərək sertifikat əldə ediblər.