Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-26 12:08:00
Müəllimlər bu hallarda cinayət məsuliyyətinə cəlb olunurlar – QƏRAR

Tələbələrin bir çoxu iddia edir ki, dərsi yaxşı mənimsəsələr də, müəllim vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onlara qəsdən aşağı qiymət yazır. 

 

Bəs, görəsən, qanun bu barədə nə deyir? 

 

AzEdu.az xəbər verir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən tənzimlənir. 

 

Maddədə qeyd olunur ki, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən, qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda (vətəndaşların konstitusiyaya əsasən hüquq və azadlıqlarının pozulması, habelə hakimiyyət orqanlarının əhali arasında nüfuzdan salınması) cinayət məsuliyyətinə səbəb olur. 

 

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin Plenumunun 19 iyul 2013-cü il tarixli qərarına əsasən tələbələrdən və ya təhsil alan digər şəxslərdən imtahanları qəbul edən müəllimləri də vəzifəli şəxslər sırasına aid etmək olar.