Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-17 15:37:07
AzTU Kitabxana İnformasiya Mərkəzi silsilə təlimlər proqramına başladı

Azərbaycan Texniki Universiteti (AzTU) Kitabxana İnformasiya Mərkəzi (KİM) akademik informasiya bazaları üzrə aparıcı şirkət olan “Elsevier” şirkətinin bölgə təmsilçisi “Informascope” şirkəti ilə əməkdaşlıq nəticəsində Azərbaycanın ali təhsil müəssisələrində “Scopus” və “ScienceDirect” akademik informasiya bazaları üzrə silsilə təlimlər proqramına başlayıb. Məqsəd ölkədə “Scopus” və “ScienceDirect” akademik bazalarından istifadəni daha da artırmaqdır.

 

AzEdu.az xəbər verir ki, silsilə təlimlərin ilk görüşündə müxtəlif ali məktəb və institutlarından kitabxanaçı, müəllim və tətqiqatçılar iştirak edib.

 

Əvvəlcə AzTU-nun tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli təlimin önəmindən danışıb.

 

Sonra “Elsevier” şirkətinin bölgə üzrə baş meneceri Ayhan Saracoğlu tərəfindən “Scopus” və “ScienceDirect” bazalarına ümumi baxış, onların əhatə dairəsi, istifadə imkanları, hər iki bazanın tətbiq etdiyi yenilklər barəsində ətraflı məlumat verilib, praktiki tətbiqlər həyata keçirilib və iştirakçıların sualları cavablandırılıb.

 

Sonda iştirakçılarla növbəti təlimlə bağlı müzakirələr aparılıb.

 

Qeyd edək ki, təlimdə AzTU əməkdaşları və akademik heyətlə yanaşı, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Slavyan Universiteti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Odlar Yurdu Universitetinin kitabxanasının nümayəndələri iştirak edib.