Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-15 17:14:00
Qırmızı diplomun üstünlükləri varmı? – “Bacarıqlara önəm verilir”

Məlum olduğu kimi, tələbələr univeristeti bitirdikdən sonra təhsil aldıqları müddətdə imtahanda göstərdikləri nəticəyə görə ya adi, ya da qırmızı diplom alırlar.

 

Maraqlıdır, işə qəbul zamanı adi və ya qırmızı diplom alanlar arasında fərq qoyulurmu?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov qeyd edib ki, qırmızı diplom tək başına yetərli deyil:

 

“Əmək bazarı müxtəlifdir. Məsələn, akademik sahələrdə diplomun rəngi və qiymətlər magistratura və doktranturada önəmlidir. Əgər akademik məsələlərdən söhbət getmirsə, bu məsələlərin heç bir önəmi yoxdur. Sənayedə bacarıqlar daha vacibdir. Bu bacarıqları univeristetə getmədən də qazanan insanlar var. Həmən insan istedadını müsahibədə göstərib və verilən tapşırıqları layqincə yerinə yetirirsə, o zaman işə qəbul olunur. Düşünürəm ki, tələbənin səriştələrə istinad etməyi və yönəlməyi daha vacibdir”.

 

Q.Məhərrəmovun sözlərinə görə hazırda diplomun rənginə görə fərq qoyulur. “Lakin sadəcə buna görə qərar vermək olmaz”,- deyə - o bildirib:

 

“Məsələn deyək ki, işə qəbul üçün namizədə 9 tələb irəli sürülürsə və 9 tələbin içərisində şəxsin yumşaq, sərt bacarıqları, sosial fəaliyyəti, münasibəti və bir çox məsələlər varsa, onlardan 10-cu tələb də diplomun rəngi ola bilər. Bu tələbənin univeristet həyatında yaxşı oxuyub-oxumadığını və onun məsuliyyətli barədə ilkin təəssürat yaradır. Ona görə diplom məsələsi yalnız bu barədə əhəmiyyətli ola bilər. Tək başına ona baxaraq fərq qoymaq olmaz. Təkcə diplomun rəngi yetərli deyil”.

 

Nigar Nəcəfova