Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-05 14:32:19
Qasım Abdullayev AzMİU-da kafedra müdiri vəzifəsinə seçildi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsinə seçki keçirilib. 

 

AzEdu.az xəbər verir ki, seçkidə texnika elmləri doktoru Qasım İsrafil oğlu Abdullayev yekdilliklə kafedra müdiri vəzifəsinə seçilib. 

 

Peşəkar inşaat mütəxəssisinin kafedranın daha uğurlu inkişafını təmin edəcəyi gözlənilir. Çünki t.e.d. Qasım Abdullayev metro tikintisi sahəsində praktik işlərlə yanaşı, həm də elmi-tədqiqat işləri ilə də məşğul olub. O, 2001-ci ildə Moskva Dövlət İnşaat Universitetinin aspiranturasına daxil olaraq metro-tunel tikintisi sahəsində elmi tədqiqat işləri aparıb. 2003-cü ildə Moskvada "Xətt boyunca olan qurğularda işin təşkilinin etibarlılığı" mövzusunda dissertasiya işi müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi alıb. Həmçinin o namizədlik dissertasiya işini prosedur qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasında da müdafiə edib.  

 

Q. Abdullayev xətti genişləndirilmiş ifrastrukturların tikintisinin planlaşdırılması və idarə edilməsi modelinin praktiki işlənməsi ilə yanaşı daim bunun nəzəri prinsiplərini də öyrənmək marağında olub. Ona görə də 2008-2012-ci illərdə Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin İnşaat İnstitutunun doktoranturasında bu sahənin mütəxəssiləri ilə birgə elmi-tədqiqat işləri də aparıb. Rəhbərliyi və birbaşa iştirakı ilə həyata keçirilən elmi-tədqiqat işlərini hazırlayaraq 2016-cı ildə "Xətt boyu yerləşən qurğuların tikintisinin idarə olunmasının təşkilatı-texnoloji etibarlılığının nəzəri əsasları” mözvusunda elmlər doktorluğu dissertasiya işi müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsi alıb.