Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-01 14:25:00
DİM -də təlim: “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi”

1 dekabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün onlayn təlim təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara işçilər arası münasibətlərin idarə olunması, həmin münasibətlərində rəhbərin effektivliyi, və inkişaf səviyyəsi ilə əlaqədar nəzəri və praktiki biliklər öyrədilib, onlara bu sahədə beynəlxalq təcrübələr, müxtəlif işlək nəzəriyyələr və tətbiqi məsələlər göstərilib. Bundan əlavə, bu sahədə beynəlxalq təcrübələrdən nümunələr, real ssenarilər üzərindən qarşılıqlı fikir mübadiləsi aparılıb. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

 

Qeyd edək ki, dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.