Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-20 11:10:21
İbtidai sinif müəllimliyi üzrə proqram akkreditasiyası həyata keçiriləcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yarandığı ilk günlərdən Elm və Təhsil Nazirliyi tərəfindən qarşımıza qoyulan ən vacib tapşırıqlardan biri ümumi təhsildə keyfiyyət üzrə monitorinq və qiymətləndirmə aparılması, ümumi təhsildə keyfiyyət əsaslı dəyişikliklərə töhfə verilməsi olub.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədrin səlahiyyətlərini müvəqqəti icra edən Kamran Rəsulov “Ümumi təhsildə davamlı keyfiyyət təminatı” mövzusunda beynəlxalq elmi-praktik konfransda söyləyib. O bildirib ki, agentlik tərəfindən qarşıya qoyulan tapşırıqlardan irəli gələrək ümumi təhsilin təşkili və idarə olunmasında təcrübəli şəxslərdən ibarət komanda formalaşdırılıb, qüvvədə olan müvafiq normativ aktların hüquqi tələbləri və sahə üzrə müvafiq təcrübə nəzərə alınmaqla keyfiyyət monitorinqinə ədalət çərçivə sənədi hazırlanıb. Həmin sənəd əsasında hər il 100-ə yaxın məktəbin qiymətləndirilməsi aparılır.

 

“Monitorinq qiymətləndirilməsinə dair hesabatda ümumtəhsil müəssisəsinə özünü daha yaxşı tanımaq, diqqət etməli olduğu məqamları göstərməklə yanaşı, Elm və Təhsil Nazirliyinin strukturunda yaranan bütün maraqlı tərəflərə məktəblərin ehtiyaclarını başa düşmək, inkişafın dəstəklənməsi yolunda atılan addımlara dair yol xəritəsi təqdim edilir. Daxili keyfiyyət təminatı sistemi mədəniyyətinin formalaşdırılması, bilik, özünütəhlil hesabatlarının hazırlanması, dəstəklənməsi istiqamətlərində də ümumtəhsil müəssisələrində müvafiq tədbirlər həyata keçirilir. Qeyd edim ki, monitorinq hesabatlarında öz əksini tapan zəif tərəflərin növbəti monitorinqədək aradan qaldırılması istiqamətində Təhsil İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblərə təlimatlar verilir”, - deyə Kamran Rəsulov bildirib.

 

Agentlik rəsmisi ümumtəhsil müəssisələrində keyfiyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlara 2024-cü ildə ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyasının həyata keçiriləcəyini qeyd edib.