Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-03 16:01:12
35 məzun “2022–2026 Dövlət Proqramı” təqaüdçüsü adını qazanıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə 2023–2024-cü tədris ilində 381 nəfər 17 ölkənin nüfuzlu universitetlərində təhsil hüququ əldə edib.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, onlardan 49-u cari il üzrə dünyanın 10 ən yaxşı ali təhsil müəssisəsindən qəbul alıb.

 

Dövlət Proqramı iştirakçısı adını qazanan 381 tələbədən 35-i SABAH qruplarının məzunudur. 


Təqaüd qazanan tələbələri təbrik edir, uğurlar arzulayırıq!