Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-26 13:44:49
Debatçılarımız “Dream Cup” turnirinin qalibi olublar

UNEC Debat Klubu və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda “Dream Cup” turnirində Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 3 komanda təmsil edib.

 


Universitetdən AzEdu.az-a bildirilib ki, “Narahat Olma”, “Pasient” və “Euphoria” adlı komandaların hər biri qrup mərhələsini uğurla başa vurub. “Pasient” komandası isə bütün rəqiblərini məğlub edərək “Dream Cup” turnirinin çempionu olub.

 

AzMİU-nun prorektoru Orxan Naqdiyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin
(THİK) sədri Şahmar Rəfili finalda iştirak edərək qalibləri mükafatlandırıblar.