Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 17:06:00
Azərbaycanlı şagirdlər Londonda birinci yer qazandılar

“Global Olympic Center”-in təşkilatçılığı ilə ölkəmizin müxtəlif məktəblərindən ibarət istedadlı şagirdlər Böyük Britaniyada keçirilən IMEC riyaziyyat yarışmasının qlobal mərhələsində ölkəmizi təmsil ediblər.

 

AzEdu.az xəbər verir ki, Komandanın heyətində 43 şagird 5 kateqoriya üzrə mübarizə aparıb.

 


Şagirdlərimiz əsası I Yelİzaveta tərəfindən qoyulan, İngiltərənin yeddi keçmiş baş nazirinin: Aberdin, Perseval, Goderich, Peel, Palmerston, Balduin və Çörçil, eyni zamanda İordaniya kralı Hüseyn, iki İraq kralı I Qazi və oğlu II Faysal, indiki Qətər əmiri Şeyx Tamim bin Həməd əl Tani və əli bin Həmud Zanzibarski və digər tanınmış şəxslərin təhsil aldığı Harrov məktəbində 1 həftə müddətində həm yarışıb, həm də İngiltərə təhsili ilə tanış olublar.

 


IMEC Riyaziyyat yarışında komandamız 38 ölkə arasında birincə yerə layiq görülüb. Belə ki, riyaziyyatçılarımızdan 13 nəfər qızıl, 18 nəfər gümüş, 14 nəfər isə bürünc medal qazanıb. Hər kateqoriya üzrə ən yüksək nəticə göstərənlər isə xüsusi mükafat əldə ediblər. Komadamızdan Onur Zaman, Toğrul Məmmədli, Sulduz Hacıyev, Fateh Sadiqov 100 faiz, Cəlal Quliyev, Yusif Əliyev, Murad Ağazadə, Cavidan Mahmudzadə isə 50 faizlik ödəmə ilə Kembric nəznində fəaliyyət göstərən İnternational Well Rounded School-da təhsil almaq imkanı qazanıblar.

 


Mükafatlandırma tədbirində Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyindən Eltay Aslanov
iştirak edib. Ölkəmizin fövqalədə səlahiyyətli səfiri Elin Süleymanovun təbriklərini şagirdlərə çatırıb.

Şagirdlərimiz yarışmanı uğurla başa vurduqdan sonra Londonda məhşur muzeylərdə, gəzməli-görməli yerlərdə olublar. Riyaziyyatçılarımız avqustun 14-də vətənə qaydıblar. Onlar üçün hava limanında möhtəşəm qarşılama mərasimi keçirilib.

 

Şagirdlərimizdən 13 nəfər qızıl- Onur Zaman, Cəlal Quliyev, Yusif Əliyev, Nilay Nağızadə, Mərd Hüseynov, Toğrul Məmmədli, Sulduz Hacıyev, Murad Ağazadə, Cavidan Mahmudzadə, Fateh Sadıqov, Şərif Şərifzadə, Fərid Həsənzadə, Ümid Abbasov.

 

18 nəfər gümüş medal - Ayxan Səfəralıyev, Amal Quliyev, Nərgiz Xudiyeva, Murad Süleymanlı, Fərhad
Osmanov, Etibar Qafarzadə, Nicat Ələkbərov, Murad İsmayıl, Əli Abdullayev, Eldar İsmayılov, Ömər Əliyev, Yunis Mehrəliyev, Nuray Babazadə, Leyla Yəhyayeva, Rəmzi Məmmədzadə, Nazlı Həbibulla, Şəhrizad Məmmədova, Turan Muradlı.

 

14 nəfər bürünc medal – Efe Can Kutuk, Akif Kərimli, Ərhan Salmanzadə, Kərim Tağızadə, Rahim Bağırov, Yusuf Murad, Ziya Zeynallı, Banu Allahverdiyeva, Eldar Hacılı, Bəhmən Həsənzadə, Ömər Əliyev, İntiqam Əliyev, Fəxri Mehdiyev, Əmir Bağırov