Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 11:51:13
DİM TOEFL iBT imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzində avqustun 5-də yeni imtahan modeli əsasında TOEFL iBT imtahanı keçiriləcək.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

TOEFL iBT imtahanı 5 avqust 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən binasında təşkil olunacaq.

 

Təhsildə Qiymətləndirmə Xidməti (Educational Testing Service) qurumu tərəfindən edilən dəyişikliklərə əsasən artıq imtahan müddəti 2 saatdan az olacaq.

 

Tətbiq olunacaq yeni imtahan modeli aşağıdakı kimidir.

 

Bölmə

      Sual sayı

    İştirakçıya verilən müddət

Oxu

      20

    35 dəqiqə

Dinləmə

      28

    36 dəqiqə

Danışıq

      4 tapşırıq

    16 dəqiqə

Yazı

      2 tapşırıq

    29 dəqiqə

 

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

İmtahan saat 09:00-da başlanır.

 

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.