Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 10:36:00
Deputatdan ÇAĞIRIŞ: “Sertifikasiyadan keçən müəllimlərin maaşına...”

“Bizə göndərilən yüzlərlə müraciət  təsdiq edir ki, müəllimlərin sertifikasiya imtahanlarının  nəticələrinə uyğun əmək haqqı artımı mexanizminin təkmilləşdirilməsi vacibdir”.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov son günlər təhsil ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzuya münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, təhsilverənin bilik və bacarıqlarının qiymətləndirməsi imtahan və müsahibə olmaqla iki mərhələdə həyata keçirildiyinə görə, əmək haqqı artımı faizlərinin də tam olaraq yekun nəticəyə əsasən müəyyənləşdirilməsinə ehtiyac var.


Vüqar Bayramov: "Bu, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı  anlamına gəlir" - pia.az


“Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10 faiz, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır.

Sertifikasiya qiymətləndirilməsi Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” sənədlə tənzimlənir. Bu qaydalara əsasən, sertifikasiyanın birinci mərhələsini keçmiş müəllim müsahibə mərhələsində 40 mümkün balın yarısını topladığı halda uğur qazanmış hesab olunur. Bu o deməkdir ki, sertifikasiya qiymətləndirməsində iştirak edən müəllimin yekunda maksimum 100 bal toplamaq imkanı var.

Bu baxımdan da, əmək haqqı artımı faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir. Bu halda 50 bal yığanların da 35 faizlik əmək haqqı artımından istifadə etmək imkanı ilə yanaşı, 40 baldan çox nəticəsi olanların da əməyinin daha yüksək maaş artımları ilə qiymətləndirilməsi mümkün ola bilər”, - V.Bayramov deyib.


Deputat bildirib ki, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinin vacibliyini və sualların çoxluğunu nəzərə alaraq, Elm və Təhsil Nazirliyi tərəfindən metodologiyanın müzakirəsi üçün ekspertlərlə görüş keçirilməsi məqsədəuyğundur:
 
“Bu, metodologiyanın təkmilləşdirilməsi və differensial əmək haqqı artımları üçün yeni imkan ola bilər”.