Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 09:51:56
Sertifikasiyadan narazı müəllimlərin apellyasiya şikayətinə BAXILIR

Avqustun sonu, sentyabrən əvvəlində müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinə başlanılacaq.

Elm və Təhsil Nazirliyi sertifikasiyanın test imtahanı mərhələsindən narazı qalan müəllimlərin  apellyasiya şikayətinə baxılacağını vəd edib.

AzEdu.az-ın məlumatına görə, hazırda narazı müəllimlərin şikayətlərinə baxılır.

Maraqlıdır, bəs test imtahanı mərhələsinin nəticələrindən apellyasiya müraciəti edənlərin sayı neçə nəfərdir?

Onlardan neçəsi ibtidai sinif, neçəsi Azərbaycan dili və ədəbiyyat müəllimidir? Müraciətlər əsasən nə ilə bağlıdır?

AzEdu.az saytı bu suallarla Elm və Təhsil Nazirliyinə müraciət edib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, müəllimlərin sertifikatlaşdırılmasında test imtahanı mərhələsinin apellyasiya müraciəti 1 ay müddətində davam edəcəyindən qeyd edilən suallarla bağlı cavab bildirmək hələ mümkün deyil.

“Proses yekunlaşdıqda bu barədə məlumat açıqlanacaq”, - deyə nazirlikdən bildirilib


Xatırladaq ki, 20-23 iyun tarixlərində 20 000-ə yaxın ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunub. 

Test imtahanlarında 6 minədək ibtidai sinid müəllimi, 700-dək Azərbaycan dili və ədəbiyyat müəllim qeyri-məqbul bal toplayıb (0-29). Onlar müsahibə mərhələsinə buraxılmayıblar.


A.Qorxmaz