Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 11:58:00
Sertifikasiya MİQ-ə hazırlaşanlar üçün stimuldur - Ekspert səbəbi belə İZAH ETDİ

Bir çox müəllim sertifkasiya imtahanları ilə müəllimlərin işə qəbulu üzrə müsabiqə (MİQ) arasındakı fərqlərdən şikayətçidir. Məsələn, iddia olunur ki, sertifikasiya imtahanlarının sualları MİQ müsabiqəsinin suallarına nisbətən daha sadədir. Yəni MİQ imtahanı sertifikasiya imtahanına bərabər deyil. Sertifikasiyada səhv cavablar düzü aparmır, amma MİQ-də aparır. Kurrikulum suallarının sayı MİQ-də 20, sertifikasiya imtahanında isə 10-dur.


Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a bildirib ki, MİQ ilə sertifikasiya imtahanını bir tutmaq olmaz:           

 

“Əlbəttə ki, müəllimlərin işə qəbul üzrə müsabiqə sertifikasiyadan bir qədər fərqlidir. Biz "sertifikasiya sadədir, MİQ isə çətindir" deyə bilmərik. Çünki sertifikasiya faktiki işləyən şəxslərin ümumi bilik və bacarıqlarının yoxlanılması məqsədilə keçirilən və onun əsasında növbəti illərdə işləyib-işləyə bilməməsi haqqında bir növ qərarverici imtahandır. MİQ isə müəllimlərin bilik və bacarıqlarını yoxlayaraq onların iş yerlərinə yerləşdirilməsi prosesi üçün nəzərdə tutulub. Hər imtahanın öz şərti var və bal nisbəti də təmamilə fərqlidir. Həmçinin, MİQ-də kütləvi halda 40-50 min, sertifikasiya imtahanında isə mərhələli şəkildə 8-10 min müəllim iştirak edir. Əslində, sertifikasiya imtahanları MİQ-ə hazırlaşanlar üçün əlavə bir stimul olmalıdır. Çünki sertifikasiya vakant yerlərin artmasına gətirib çıxarır. Ötənilki imtahanda da şahid olduq ki, təxminən 2500 nəfər müsabiqə şərtini ödəyə bilməyib. Onlar bu il yaradılan II şansdan da istifadə edə bilməsələr, bu o deməkdir ki, MİQ-ə qəbul zamanı 2500-ə yaxın vakant yer ayrılacaq. Eyni zamanda, iş üçün boş yerlərin artması keçid ballarının aşağı düşməsilə də nəticələnir. Müsbət cəhətləri də görmək lazımdır”.