Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-27 14:38:00
Alimləri şoka salan 13 yaşlı qız - Dünyada ilk dəfə...

Ağrı hiss etmir, acmır və yata bilmir... 

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, normal insan barmağı kəsiləndə ağrı hiss edir, yorulanda yatır, ac olanda yeyir. Lakin, Oliviya Farnsvortun bunların heç birinə ehtiyacı yoxdur. Daha doğrusu, hiss edə bilmir...

 

On üç yaşlı britaniyalı Oliviya Farnsvort anadangəlmə xromosom çatışmazlığı ilə dünyaya gəlib. Onun altıncı xromosomu yoxdur. Bu əskikliyə görə ağrı, yuxusuzluq və aclıq hiss etmir.

 

 

Olviya Fransvort bir gün anası ilə çöldə vaxt keçirərkən avtomobil qəzasına düşüb və yüz metr sürüklənib. Lakin, balaca qız ağrı hiss etmədiyi üçün onun durumundan xəbərsiz olub. Oliviyanın hissiyatsızlığının təhlükəli ola biləcəyini deyən həkimlər onun mütəmadi olaraq yemək yeməsi, yuxu dərmanı istifadə etməsi, daxili zədə və ya xəstəlik olub-olmaması üçün mütəmadi olaraq yoxlanılması lazım olduğunu bildirib.

 

Qeyd edək ki, Oliviya dünyada bu üç əlamətin hamısını yaşayan ilk və yeganə insandır.