Xaricdə təhsil almaq əksər tələbələrin arzularından biridir. Xaricdə təhsil uzun və bəzi hallarda yorucu proses olduğundan tələbələrin əksəriyyəti bu prosesi onların yerinə icra etməsi üçün xaricdə təhsil şirkətlərinə müraciət edir. Xüsusilə təcrübəsi az olan gənclər bu şirkətlərə üz tutur. Onlar bu məqsədə nail olmaq istəyən şəxslər üçün uyğun sənədlərin toplanması, xaricdə təhsil üçün faydalı konsultasiyaların verilməsi, hansı universitet, ixtisas və ölkənin seçilməsi üçün köməklik göstərirlər.
Xaricdə təhsil almaq istəyən hər bir tələbə ilk növbədə müəyyən sənədləri hazır etməlidir. Bəs bu sənədlər hansılardır?
Xaricdə təhsil şirkətləri sizin üçün yuxarıda gördüyünüz prosesləri və bu prosesdə konsultasiya xidmətləri ilə məşğul olurlar. Bu cür şirkətlərlə işləməyin rahat tərəfi ondadır ki, işinizi peşəkarlara əmanət edir və vaxtınıza qənaət edirsiniz, çünki xaricdə təhsil aylar çəkən bir prosesdir və bu mərhələdə lazım gələrsə, universitetlərlə yazışmalar aparmaq lazım gəlir.
Azərbaycanda da bu sahədə öz sözünü demiş şirkətlər arasında Marmara Group, İstanbul Group və Türkiyədə Təhsil şirkətlərini misal çəkmək olar. Hər 3 şirkət 2011-ci ildə fəaliyyətə başlamış və xaricdə təhsil istiqamətində minlərlə tələbəyə yol göstərmişdir.
Hər 3 şirkətin əsas məqsədi, tələbələri Avropa, Türkiyə və Rusiyanın nüfuzlu universitetlərində təhsil almasında vasitəçi olmaqdır. Şirkət Avropa və Türkiyənin bir çox universitetləri ilə rəsmi əməkdaşlıq edir. Bu əməkdaşlıqlar sayəsində Avropa və Türkiyə Universitetləri tələbələrə əldə etdikləri nəticələrə görə təhsil haqqına güzəştlər edir, təqaüd imkanları təklif edir.