Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 10:56:00
DİM qəbul imtahanı ilə bağlı ən çox verilən suala AYDINLIQ GƏTİRDİ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən abituriyentlərin ən çox verdikləri suala aydınlıq gətirilib. 

 

Sual belədir: Abituriyentlər l qrup üzrə qəbul imtahanının birinci cəhdində riyaziyyat və fizika, ikinci cəhddində isə informatika fənni üzrə toplanılan balların cəmi əsasında Rİ alt qrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak edə bilərlər?

 

AzEdu.az-ın məlumatına görə, DİM "xeyr, edə bilməzlər", - deyə cavab verib və əlavə edib: 

 

“Müsabiqə zamanı abituriyentin hər hansı bir cəhddə hər üç fənn üzrə topladığı bal nəzərə alınır. Tutaq ki, abituriyent imtahanın birinci cəhdində RK altqrupu, ikinci cəhdində isə Rİ alqtrupu üzrə imtahan verib. Müsabiqə zamanı abituriyent RK altqrupuna aid ixtisası seçirsə, onun birinci cəhddə riyaziyyat, fizika və kimya fənlərindən topladığı bal nəzərə alınır. Rİ altqrupuna aid ixtisasları seçəndə isə imtahanın ikinci cəhdində riyaziyyat, fizika və informatikadan topladığı bal nəzərə alınır.

 

Yəni abituriyent iştirak etdiyi hər iki cəhd imtahanından müvafiq altqrup (lar) üzrə birinin nəticəsi əsasında müsabiqədə iştirak edir. Bir altqrup üzrə birinci cəhddən iki fənn, ikinci cəhddən isə digər fənn üzrə (və ya əksinə) toplanılan balların cəmi əsasında müsabiqədə iştirak etməyə icazə verilmir. Deməli, imtahanın hər iki cəhdində iştirak edən abituriyent bütün fənlər üzrə iki cəhddən birinin nəticəsini seçə bilər”. 

 

Qeyd edək ki, müsabiqə zamanı imtahanın hər iki cəhdində iştirak edən abituriyentin daha yüksək olan nəticəsi nəzərə alınır.