Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 09:14:00
Orta məktəblər 12 illik təhsil sisteminə keçəcək

2024-cü ildən başlayaraq Ukraynadakı orta məktəblər 12 illik təhsil sisteminə keçiriləcək.

AzEdu.az xəbər verir ki, Təhsil və Elm Nazirliyi bu məsələ ilə bağlı ekspert təşkilatların, valideynlərin və uşaqların rəylərini öyrənir.

Qeyd olunur ki, 12 illik təhsil sistemi Avropaya inteqrasiya istiqamətində atılan addımıdır.

Çünki əksər Avropa ölkələrində məhz belə bir təhsil sistemi fəaliyyət göstərir.  B

Ukrayna təhsil və elm nazirinin müavini Andrey Vitrenko bu ölkədə keçirilən milli telemarafonun efirində bildirib:

“Avropanın 38 ölkəsi arasında araşdırma apardıq – nəticədə 12 illik təhsil sistemi mövcud olan 19 ölkə, 13 illik təhsil sisteminin qüvvədə olduğu isə 17 ölkə gördük. Hətta 14 və 15 illik tam orta təhsili olan ölkələr də var”.