Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-19 12:39:07
Xırdalanda tikilən bu məktəb şagird sıxlığını azaldacaq - Nazirlik

Mayın 18-də Abşeron rayonu, Xırdalan şəhərinin “Kristal – 2” adlanan ərazisində inşa olunan 2000 şagird yerlik tam orta məktəbə mediatur keçirilib.


AzEdu.az xəbər verir ki, mediaturun məqsədi bu ərazidəki ümumi təhsil müəssisələrində şagird sıxlığının azaldılmasına kömək edəcək yeni məktəbin inşası ilə tanışlıq olub.


Qeyd olunub ki, məktəb ümumilikdə 6 korpusdan ibarətdir. Məktəbdə STEAM Mərkəzi, kitabxana, oxu zalı, 600 yerlik akt zalı və 74 sinif otağı var. Hazırda məktəb binasının daxilində son tamamlanma və həyətin abadlıq işləri aparılır. Cari ilin iyulunda tikinti-quraşdırma işlərinin yekunlaşdırılması nəzərdə tutulur.

 

Bildirilib ki, Xırdalan şəhərindəki 8 nömrəli tam orta məktəb binasının da yenidən inşası nəzərdə tutulur. Bu da sıxlıq probleminin azalmasına və 960 şagirdin bir növbədə təhsil almasına şərait yaradacaq.

 

Xatırladaq ki, ötən il Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş 2000 şagird yerlik 2 nömrəli, Masazır kəndində isə 960 şagird yerlik 6 nömrəli tam orta məktəb istifadəyə verilib.