Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 09:16:00
Rüşvət alan universitet müəlliminə 10 il həbs cəzası verildi

Rusiyadakı Reşetnev adına Sibir Dövlət Elm və Texnologiya Universitetinin keçmiş müəllimi tələbələrdən 800 min rubl (17 min AZN) məbləğində rüşvət aldığına görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Qərbi Sibir Nəqliyyat Prokurorluğunun məlumatında bildirilib.

Müttəhim elektrik sistemlərinin texniki istismarı və uçuş və naviqasiya sistemləri kafedrasında baş müəllimi vəzifəsində işləyib. Rüşvət müqabilində o, tələbələrə testlər və imtahanlar üçün yüksək qiymətlər verib. Həm də aldığı rüşvətdən digər müəllimlərə də pay ayırıb.

Müəllim dörd il ərzində, 2015-ci ildən 2019-cu ilə qədər 19 nəfərdən ümumilikdə 800 min rubldan çox rüşvət alıb. Rüşvət verən tələbələr isə şərti cəza alıb və ya 100 min rubldan 400 min rubla qədər cərimə olunublar.