Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 09:53:00
Hərbi hazırlıq dərsləri məktəblər icbari olacaq

Bolqarıstan hakimiyyəti orta məktəb şagirdləri üçün icbari hərbi hazırlıq dərsləri tətbiq etmək qərarına gəlib.

Azedu.az saytı "The Sofia Globe" nəşrinə istinadən xəbər verir ki, ölkə hökuməti bu barədə müvafiq qərar qəbul edib.

Bu ilin sentyabr ayından 9-10-cu sinif şagirdləri üçün hərbi hazırlıq məktəb proqramına daxil ediləcək. Beş dərs saatı ərzində şagirdlər müdafiə məsələləri, mülki-hərbi münasibətlər, böhranlı vəziyyətlərdə əhaliyə yardım, eləcə də Silahlı Qüvvələrin yaranma tarixi, missiya və vəzifələri barədə biliklərə yiyələnəcəklər.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, orta məktəb şagirdlərinə silah və sursatlarla necə davranmağı öyrətmək hələ planda yoxdur.