AzEdu.az xəbər verir ki, müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
26 may və 29 iyul 2018-ci il tarixlərində keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 26 may və 29 iyul 2018-ci il tarixlərində keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edirlər.
Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.