Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 08:56:00
Musiqi ilə məşğul olmaq insan beynini gənc saxlayır - Tədqiqat

Yeni bir araşdırma zamanı məlum olub ki, musiqi ilə məşğul olmaq yaşlı insanlarda sinir hüceyrələrini qorumaqla beyinin funksiyasını sürətləndirir. Bu, onlara nitqi daha yaxşı başa düşməyə imkan verir.

Azedu.az saytının verdiyi məlumata görə, eksperimentdə yaşlı musiqiçilər, eləcə də musiqi ilə məşğul olmayan müxtəlif yaşlı insanlar iştirak ediblər.

Birinci qrup səs-küylü mühitlərdə audiovizual impulsları tanımaqda ən yaxşı nəticə göstərib.

Tədqiqatçılar təcrübəyə daxil olan insanların beyin fəaliyyətini təhlil edərək, musiqiçilərdə qocalmanın qarşısını almaq üçün istifadə edilən iki mexanizmi müəyyən ediblər: funksional saxlama və funksional kompensasiya.

Bu araşdırma musiqi təhsilinin qocalıqda daha yüksək həyat keyfiyyətinə necə gətirib çıxardığına dair hipotezi təsdiqləyir. Mütəxəssislər onun nəticələrindən gələcək terapiyada da istifadə oluna biləcəyini düşünürlər.