Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 13:06:48
Alimlər üçün salınacaq yaşayış kompleksində mənzillərin satışına başlanılıb

Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün inşa olunacaq "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə APA-ya AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda ən son texnoloji yeniliklər tətbiq ediləcək.

Qeyd olunub ki, yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadəsi, şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə  təchiz olunması nəzərdə tutulur.