Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 14:28:37
Fiziki Aktivlik Günü ilə bağlı idman yarışları keçirilib

Paytaxt məktəblərində “İdmansevərlər!” layihəsi çərçivəsində 6 aprel-Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş idman yarışları keçirilib.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəsissələrində idmanın müxtəlif növləri üzrə müsabiqə, yarış və turnirlər, “Kim sevirsə idmanı” adlı rəsm sərgiləri, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmoblar təşkil olunub.

 

Eyni zamanda layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyəti olan məzun idmançılarla görüşlər təşkil edilib, milli idman növlərinin tarixi haqqında şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici videosüjetlər nümayiş olunub.

 

OCEP layihəsi çərçivəsində digər ölkələrlə idman sahəsində dostluq əlaqələrinə dair görüşlər keçirilib.

 

Həmçinin ümumi təhsil müəssisələrində sağlam həyat tərzi ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlər təşkil edilib.