Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 10:58:00
Sertifikatlaşdırmada iştirak etməyən müəllimlərin aqibəti necə olacaq? - RƏSMİ

Bu il bütün ölkə üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq.

 

Bəs üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən müəllimlərin aqibəti necə olacaq?

 

AzEdu.az xəbər verir ki, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.

 

Qeyd olunub ki, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Sertifikatlaşdırma nəticəsinə əsasən vəzifə maaşına əlavə sertifikatlaşdırmanın test və müsahibə mərhələsində uğur qazanan təhsilverənlər üçün nəzərdə tutulub. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.