Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 10:08:00
Bu müəllimlərin sertifikasiya nəticələri LƏĞV OLUNACAQ - XƏBƏRDARLIQ

Bu ilin yayında ölkə üzrə bütün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri mərhələli şəkildə sertifikasiyaya cəlb olunacaqlar.


Hazırda sertifikatlaşdırma həyəcanı yaşayan müəllimləri bir sıra suallar maraqlandırır.

Məsələn, sertifikasiyada iştirak edən müəllimin nəticələri hansı hallarda ləğv oluna bilər?

AzEdu.az saytı xəbər verir ki, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda bu məsələlər öz əksini tapıb.


Bu Qaydaya görə, sertifikasiyada iştirak edən müəllimin nəticələri bir sıra hallarda ləğv oluna bilər. Ona görə də müəllimlər diqqətli olmalı və bu xəbərdarlıqdan nəticə çıxarmalıdır.


Beləliklə, aşağıdakı hərəkətlərə yol vermək qadağandır:

 
- Saxta sənəd təqdim etmək;


- Sertifikasiyaya özünün yerinə başqasını göndərmək;


- Sertifikasiyanın test mərhələsi üçün nəzərdə tutulan binanın zalına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək və onlardan istifadə etmək.


- Yandırıcı, partlayıcı, kəsici, deşici və digər bu növ əşyalarla imtahan binasına girmək;


- Sertifikasiyanın test mərhələsi başlandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib, yenidən geri dönmək;

 

- Zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, danışmaq, kiməsə kömək etmək və ya kiminsə köməyindən istifadə etmək və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;

 

- Başqasının kompüterinə baxmaq və başqasının baxması üçün şərait yaratmaq;

 

- Nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək. 

 

Qeyd edək ki, sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və "Yaddaş kitabçası"na daxil edilir.

 

 

Müəllim sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı bu qayda ilə müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır.

 

Müəllim tərəfindən bu qaydanın tələblərinin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin şəxsin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.