Azedu.az

Bakıda yük avtomobili səkkiz yaşlı uşağı vurdu

24 Mart 2023, 10:29
Bakıda yük avtomobili səkkiz yaşlı uşağı vurdu

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, yük avtomobili yolu keçən 2015-ci il təvəllüdlü Süleymanlı Dilqəm Qamət oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox